waplog

Ədliyyə sistemində vahid server mərkəzi yaradılacaq


“Yasamal Rayon Məhkəməsində (YRM) elektron məhkəmə sistemi yaradılıb. Lakin hələlik bütün vətəndaşlar ora daxil ola bilməz”.
 
“ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Yasamal Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) eksperti Ramin Qurbanov söyləyib.
 
 Onun sözlərinə görə, hələlik YRM-də portal yaradılıb. Sözügedən portal vasitəsi ilə şəxsi kabinetlərin açılacağını vurğulayan R.Qurbanov qeyd edib ki, ilk olaraq hakimlər bu sistemi öyrənməlidir:
 
 “Əsas məsələ bu sistemin idarə olunmasıdır. Bu sahədə İKT İdarəsi yaradılmalıdır.  Bu gün İKT mütəxəssisləri yüksək maaş tələb edir. Ona görə də biz hazırda qiymətləndirmə aparırıq, bu sahədə öndə olan nazirliklərinvə digər strukturların təcrübəsi öyrənilir. Biz hazırda İKT şirkətləri ilə əlaqədəyik, ancaq layihələr həyata keçirildikdən sonra müstəqil olmalıyıq. Ona görə də planımız odur ki, Bakı Apelyasiya Məhkəməsinin həyətində tikilən binada İKT İdarəsi yaradılsın. Orada vahid server mərkəzi formalaşdırılacaq. Burada ehtiyat mərkəzi də yaradılacaq. Məhkəmələrin özlərində serverlər olmayacaq, biz onu mərkəzləşdiririk”.
 
 
Həyata keçirilən layihələrin vətəndaşların məhkəməyə olan etimadını daha da artıracağını vurğulayan R.Qurbanovun sözlərinə görə, elektron məhkəmə sistemi zamanı məhkəmə proseslərinin elektron arxivləşmə məsələsi müzakirə mövzusuna çevrilib: “Öncə qeyd edim ki, elektronlaşmaya baxmayaraq biz kağız arxivi saxlamışıq. Ancaq elektron arxivin yaradılması ciddi maliyyə vəsaiti tələb edir. Bu videolar hansı müddətə saxlanılmalıdır və sonra məhv edilməlidirmi?”
 
 
Ədliyyə Nazirliyində bu gün elektron məhkəmə sistemi ilə bağlı yüksəksəviyyəli mütəxəssislərin olmadığınıdeyən R.Qurbanov yaradılan sistemlərin açarı məsələsinə də toxunub: “Müqavilələrə əsasən, yaradılan sistemlərin  açarı sonda Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Ancaq nazirlikdə hələ o səviyyədə mütəxəssislər yoxdur. Ona görə də İKT İdarəsi yaradılandan sonra bu proses həyata keçiriləcək”.
 
 
Seymur Qasımbəyli
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL