waplog

Dövlət Komissiyası onlayn sınaq test imtahanı xidmətini işə salıb


Azərbaycan  Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Onlayn sınaq test imtahanlarının keçirilməsi” xidmətini istifadəyə verib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu elektron xidmət inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq istəyən vətəndaşlar ilə onlayn sınaq test imtahanının keçirilməsi üçün istifadə edilir.
 
Xidmətin göstərilməsi nəticəsində vətəndaşa sınaq imtahanının nəticəsi barədə arayış verilir.
 
Xidmətdən istifadə etmək üçün komissiyanın saytında (dqmk.gov.az və ya csc.gov.az) fəaliyyət göstərən “Elektron xidmətlər” bölməsinin istifadəçisi kimi qeydiyyatdan keçmək lazımdır.
 
Qeydiyyatdan keçmək üçün elektron poçt ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və PİN kodu tələb olunur.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL