“Hakimlər elektron məhkəmə sistemində işləməyi öyrənirlər”
“Azərbaycanda 14 hakimə 16 min iş daxil olur. Hakim ayda 100 işə baxmalıdır. Texniki imkanlar olmasa, bu, süründürməçiliyə gətirır çıxarır”.
“ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri “Açıq hökumət: “Elektron Məhkəmə” İnformasiya sisteminin quruculuğunun İctimai Müzakirəsi” adlı konfransda Məhkəmə Hakimləri Assosiasiyasının sədri, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov söyləyib. Onun sözlərinə görə, məhkəmə sistemində tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları vətəndaşlara imkan yaradacaq ki, evindən çıxmadan ərizələri göndərə və sənədləri ala bilsin.
Ə.Cəfərov qeyd edib ki, elektron məhkəmə təkcə bu sahədə çalışanlara deyil, ümumilikdə hər kəs üçün faydalı olacaq:
“Məhkəmələrə daxil olan ərizələrin 50 faizi öz iddiasına münasibətin düzgün formamalaşmaması ilə bağlıdır. Biz məhkəmədə vətəndaşa desək ki, iddianızın əsası yoxdur, uduzacaqsınız, onda məhkəməni ədalətsizlikdə günahlandırmağa başlayacaq. Qərarlarda hakimlər yanlışlığa yol verə bilər, ancaq vətəndaşlar müxtəlif orqanlara şikayət verir, sonra da aidiyyəti üzrə məhkəmələrə gəlir. Biz sadəcə, neçə min ərizəni qeydiyyata almaqla məşğuluq. Bunlar da bizim vaxtımızı çox alır. Ona görə də yeni texnologiyaların tətbiqi günün tələbidir. Artıq 2-3 aydan sonra prezidentin bu sahədə imzaladığı sərəncam pilot məhkəmələrdə tam tətbiq olunacaq. Digər məhkəmələrin hakimləri hazırda Yasamal Rayon Məhkəməsində bu sistemi, işi öyrənirlər”.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL