Təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması üzrə elektron xidmətlərin göstərilməsi ilə bağlı işlər davam etdirilir
Təhsil Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sayı artmaqdadır. Belə ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiya) onlayn yoxlanılmasına başlanılıb.
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovun sözlərinə görə, hazırda Təhsil Nazirliyi tərəfindən 5 interaktiv və 20-dən artıq informativ elektron xidmət göstərilir: “Təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin
qəbulu, təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu, eləcə də təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması üzrə elektron xidmətlərin göstərilməsi istiqamətində müvafiq işlər davam etdirilir”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL