“Google” sağlamlığa nəzarət edən platforma nümayiş etdirməyə hazırlaşır
“Google” şirkəti sağlamlığa nəzarət üçün kənar tətbiq və qurğulardan məlumat toplayacaq şəxsi platformasını nümayiş etdirməyə hazırlaşır. Bu haqda şirkətə yaxın mənbələrə istinadən “Forbes” yazıb.
“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, hesab edilir ki, “Google Fit” platforması müxtəlif fitnes-tətbiq və daşınan cihazlardan əldə olunan məlumatların aqreqatoru olacaq. Platforma məlumatları açıq API-nin köməyi ilə toplayacaq. Bundan başqa, nəşr yazır ki, şirkət, ola bilsin, tərtibatçılar üçün “Google”un “bulud” xidmətlərinə çıxış imkanı yaradacaq.
Beləliklə, platformaya qoşulmuş tətbiq “Google”un ekosisteminə daxil olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL