waplog

“Kompüter operatoru” Azərbaycanda ən çox maraq göstərilən ixtisaslar sırasındadır


"Elektronika", "Avtomatlaşdırma", "Elektrik mühəndisliyi"nə maraq göstərənlər təhsillərini müasir peşə-ixtisas təhsili müəssisələrində alacaqlar.
 
 
Belə ki, "Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üçün İqtisadi İnkişaf Əməkdaşlıq Fondundan alınan kreditə dair razılaşma" və "Azərbaycan Respublikası Hökuməti və Koreya İxrac-İdxal Bankı arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi
 
 
üçün Kredit Sazişi" imzalanıb. Layihənin maksimal büdcəsi 39,28 milyon ABŞ dolları təşkil edir. Bu vəsaitin 22 milyonu Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdiriləcək. Təhsil Nazirliyindən bildirilib ki, Bakıdakı ilk peşə-ixtisas təhsili müəssisələrindən birinin bazasında yaradılacaq mərkəzdə 8 ixtisas üzrə 800 nəfər təhsil alacaq. Sadalanan ixtisaslarla yanaşı, digər istiqamətlərə "Mexanika", "Sənaye quraşdırılması", "Elektrik enerjisi", "Avtomobil" və "İnşaat" daxildir.
 
 
Qurumdan qeyd edilib ki, Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və pilləsi (kurikulumu)"nə əsasən ilk peşə-ixtisas təhsili pilləsində tədris olunan fənlərə informasiya-kommunikasiya texnologiyaları, ümumtəhsil fənləri, peşə-ixtisas fənləri (nəzəri), istehsalat təlimi və istehsalat təcrübəsi aiddir. Dərsdən kənar məşğələlərə isə fakültativ, fərdi və qrup məşğələləri daxildir. Peşələr üzrə marağa gəlincə, ən çox "Kompüter operatoru", "Əməliyyatçı-mühasib", "Aşpaz", "Dərzi", "Tikiş avadanlıqlarının operatoru, tikişçi", "Elektrik qaz qaynaqçısı", "Traktorçu-maşinist", "Bərbər-manikürçü", "Avtomobillərin təmiri çilingəri", "Genişprofilli traktorçu-maşinist, təmirçi-çilingər" ixtisaslarına maraq var.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)"na əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində bölmələr üzrə ayrılan saatlara uyğun olaraq, təhsil müddəti 6 ay, 1 il, 2 il və 3 il müəyyənləşdirilir. Belə ki, tam orta təhsil bazasından qəbul olunmuş qruplarda təhsil müddəti  üzrə 1, ümumi orta təhsil bazasından qəbul olunmuş və peşə ilə yanaşı, tam orta təhsilalanlar üçün təşkil edilən qruplarda təhsil müddəti isə 3 il nəzərdə tutulur.
 
 
Ümumi orta təhsil bazasından qəbul olunmuş və yalnız peşə alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti peşənin mürəkkəbliyindən asılı olaraq isə 1-2 ildir.
 
Nazirlər Kabinetinin digər qərarı ilə təsdiqlənmiş "Təhsil proqramlarının (kurikulumların) yerinə yetirilməsi müddəti"nə uyğun olaraq, ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən peşə üzrə bacarıqlar qazanmış şəxslər üçün, işəgötürənlərin və fərdlərin sifarişləri əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL