waplog

Azərbaycanda elektron hökumət quruculuğu sahəsində aparılan işlər daha da genişləndirilib


Azərbaycanda elektron hökumət quruculuğu sahəsində aparılan işlər daha da genişləndirilib.
 
“ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri İKT üzrə ekspert Osman Gündüz  “Elektron Məhkəmə” İnformasiya sisteminin quruculuğunun İctimai Müzakirəsi” adlı konfransında etdiyi çıxışı zamanı söyləyib.
 
O bildirib ki, demək olar ki, hər gün Nazirlər Kabineti elektron xidmətlərlə bağlı yeni qərarlar qəbul edir:
 
 “Biz də 80 ən populyar xidmətin adını müəyyənləşdirib aidiyyəti qurumlara təqdim etmişik. Məhkəmə sahəsində də xeyli sayda xidmətlər var ki, vətəndaşlar üçün əlçatan olması çox sevindiricidir”.
 
İlk növbədə məhkəmə sistemində çalışanların özlərinin İT biliklərini artırmağın vacibliyini qeyd edən ekspert əvvəlki illərdəki vəziyyətə diqqət çəkib:
 
 “Əvvəllər məhkəməyə müraciət edəndə işə baxan hakim nə internetdən istifadə edə bilirdi, nə də internetə çıxış imkanına malik idi. Amma bu gün artıq 11 min nəfər bu istiqamətdə maarifləndirilib. Əlbəttə ki, bu, yaxşı göstəricidir. Vətəndaşların bu elektron xidmətlərə əlçatanlığını təmin etmək də vacibdir”.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL