Səyyar bankomatlar vasitəsilə nağdsız ödənişlər həyata keçirilib
Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı, internetin keyfiyyətinin yüksəlməsi bir sıra xidmətlərin göstərilməsini daha da asanlaşdırıb.
“ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, yaradılan imkanlardan yararlanmaqla ölkədə yerli sakinlərə və şəhərin qonaqlarına səyyar bank xidməti təqdim olunub. Belə ki, 2014-cü il iyunun 13-15 tarixlərində Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 30-cu Avropa çempionatında “AtaBank” ASC səyyar bankomatı olan “AtaMatik” ilə bank xidməti göstərilib.
3 gün boyunca davam edən çempionatda “AtaMatik” Milli Gimnastika Arenasının qarşısında dayanan iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradıb. “AtaMatik” səyyar bankomatı vasitəsilə hər kəs bank kartı vasitəsilə nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bilər.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL