Azərbaycanda qiymətli kağızlar bazarının avtomatlaşdırılmış ticarət və hesablaşma sistemi qurulacaq
“Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması” komponenti çərçivəsində qiymətli kağızlar bazarının avtomatlaşdırılmış ticarət və hesablaşma sisteminin satınalınması üçün tender prosesinin ilkin mərhələsi həyata keçirilib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu, Azərbaycan Hökuməti və Dünya Bankı arasında “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsinin maliyyələşdirilməsinə dair imzalanmış kredit sazişinə uyğun olaraq aparılıb.
Layihənin məqsədi qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə Azərbaycan Prezidentinin 2011-ci il 16 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası üçün zəruri texniki, təşkilati, məlumat dəstəyini təmin etməkdir. Layihənin icrası çərçivəsində qiymətli kağızlar bazarının avtomatlaşdırılmış ticarət və hesablaşma sisteminin satınalınması ilə əlaqədar 18 aprel 2014-cü il tarixində yerli və xarici kütləvi informasiya vasitələrində elan dərc edilib.
Qeyd edək ki, birinci mərhələdən uğurla keçmiş şirkətlər, ikinci mərhələdə öz maliyyə və texniki təkliflərini Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL