Yaponiya 2020-ci ildə robotların olimpiya oyunlarını keçirmək istəyir
Yaponiyanın baş naziri Sindzo Abe ölkə ərazisində robotların olimpiadasını təşkil etmək istəyir. O, olimpiadanı 2020-ci ildə keçirməyi təklif edir. Bu haqda yerli KİV məlumat yayıb.
“ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, yüksəkvəzifəli məmur robot-texnika sənayesinin inkişafının sürətləndirilməsi üçün tədbirlərin görülməsi zəruriliyini qeyd edib.
“Mən 2020-ci ildə bütün dünya robotlarını bir yerə toplayaraq olimpiya oyunları keçirmək istəyirəm. Robotlar öz texniki bacarıqlarını göstərərək bir-birləri ilə yarışa biləcəklər. Biz robotları ölkəmizin iqtisadi inkişaf strategiyasının bir hissəsinə çevirmək istəyirik – Yaponiyanın “Jiji Press” informasiya agentliyi Sindzo Abenin sözlərindən sitat gətirib.
Hazırda Yaponiya robot texnikası sahəsində liderdir. Bu yaxınlarda yerli şirkətlərdən biri insan emosiyasını müəyyənləşdirən robot-humanoid təqdim edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL