İyul ayında “Apple” şirkəti “iWatch” istehsalına başlaya bilər
“Apple iWatch” “ağıllı” saatın istehsalına iyul ayında, satışına isə oktyabr ayında başlanıla bilər.
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, “Apple” hələ ki, “ağıllı” saatın təqdimatını keçirməyib, lakin bununla bağlı şayiələr çoxdan yayılır. Ehtimal edilir ki, onlar “iWatch” adlanacaq və 2,5 düym diaqonallı sensor ekranla təchiz ediləcəklər.
Saatı “Quanta Computer” Tayvan şirkəti istehsal edəcək. Hazırda şirkətin zavodlarında noutbuklar və “iPod” qurğuları yığılır. Bu arada ekranların istehsalı ilə “LG” şirkəti, puls ölçən sensor istehsalı ilə isə “Heptagon” Sinqapur şirkəti məşğul olacaq.
“Ağıllı” saat buraxılışından sonra birinci il ərzində “Apple” bazara 50 milyon qurğu təqdim etmək niyyətindədir.
Mənbə onu da bildirib ki, “iWatch” yalnız “Apple” qurğuları ilə uyğunlaşdırılıb. Saatı qismən ekran vasitəsi ilə idarə etmək mümkün olacaq, lakin funksiyaların əksəriyyətindən smartfon və ya planşetdəki əlavələr vasitəsi ilə istifadə etmək mümkün olacaq.
Şayiələrə görə, “Apple” şirkətinin yeni qurğusu orqanizmin vəziyyətinə nəzarət etməklə yanaşı, kommunikasiyalar üçün – mesajlar, zənglər və elektron məktubların yoxlanılması üçün nəzərdə tutulub.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL