waplog

ADİU-da “Elektron universitet” layihəsinin tətbiqi təqdirəlayiq hesab edilib


Türk Standartları İnstitutunun auditorları Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) növbəti qiymətləndirmə həyata keçirib.
 
İSO 9001:2008 “Keyfiyyəti İdarəetmə Sistemi” layihəsi çərçivəsində 2013-2014-cü il tədris ili üzrə keçirilən qiymətləndirmə iki gün davam edib. Bu müddətdə İSO standartlarına uyğun olaraq ADİU-nun mərkəz, fakültə, kafedra və struktur bölmələrində nomenklatur siyahısı üzrə normativ sənədlərin mövcudluğu, tədris prosesinə nəzarətin təmin edilməsi səviyyəsi, dərs cədvəllərinə müvafiq auditoriya bölgüsünün aparılması, tədris-metodiki, statistik məlumatların və hesabatların vəziyyəti, kafedralarda açıq dərslərin müasir metodlardan istifadə edərək təsdiq edilmiş qrafiklər üzrə aparılması səviyyəsi, universitet bazasında və ondan kənarda tədris və istehsalat təcrübəsinin keçirilməsi, şöbələr üzrə fəaliyyət proqramlarının, istifadə olunan sənədlərin və formaların beynəlxalq normalara uyğun uçotunun vəziyyəti qiymətləndirilib.
 
Universitetdən bildirilib ki, qiymətləndirmənin yekunu olaraq ali təhsil ocağında təhsilin bütün səviyyələrinin (bakalavr, magistr və doktorantura) və təhsil formalarının İSO 9001:2008 “Keyfiyyəti İdarəetmə Sistemi” üzrə beynəlxalq standartına uyğunluğu təsdiq edilib. Universitetin rektoru, professor Ədalət Muradovla görüşən ekspertlər yeni tədris ilində ADİU-da “Elektron universitet” layihəsinin tətbiqinin təqdirəlayiq olduğunu bildiriblər. Ekspertlər həmçinin layihə çərçivəsində görüləcək işləri müasir “Keyfiyyəti idarəetmə sistemi” istiqamətində ciddi addım kimi qiymətləndiriblər.
 
 
Qeyd edək ki, ADİU ölkəmizdə İSO 9001:2008 “Keyfiyyəti idarəetmə sistemi” sertifikatına layiq görülən ilk dövlət universitetidir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL