waplog

Suraxanı və Sabunçu rayonları üzrə elektron kadastr məlumat bazasının yaradılmasına dair işlər yekunlaşdırılıb


Bakı şəhərinin Suraxanı və Sabunçu rayonları üzrə elektron kadastr məlumat bazasının yaradılmasına dair işlər müvəffəqiyyətlə yekunlaşdırılıb.
 
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat verilib. Komitədən bildirilib ki, ƏMDK tərəfindən "Bakı şəhərinin Suraxanı və Sabunçu rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsi həyata keçirilib.
 
 Layihənin həyata keçirilməsində əsas məqsəd Bakı şəhərinin Suraxanı və Sabunçu rayonları üzrə mövcud olan mülkiyyət növündən və mənsubiyyətindən asılı olmayaraq bütün növ daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılmasından və rəqəmsal kadastr xəritəsinin hazırlanmasından ibarət olub. İşlər layihənin Texniki Tapşırığına müvafiq olaraq müvəffəqiyyətlə icra olunub, işlərin icrası 2013-cü ilin dekabr ayı ərzində başa çatdırılıb və komitə tərəfindən istifadə üçün qəbul edilib.
 
 
“Bakı şəhərinin Suraxanı və Sabunçu rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsi çərçivəsində icraçı şirkət tərəfindən “AzCAD 2013” məlumat modelinə uyğun hazırlanan məhsullar Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasından istifadəni təmin etmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinə təhvil verilib.
 
 
Layihə məhsulları Dünya Bankının "Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsi çərçivəsində yaradılacaq "Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi İnformasiya Sistemində (DƏQKİİS)" tətbiq ediləcək, həmin məhsullardan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı zamanı bu bazadan istifadə ediləcəkdir. Bu baza əmlaklar üzərində hüquqların qeydiyyatını apararkən bir çox hallarda çöl-ölçmə işlərinin aradan qaldırılmasına şərait yaradacaqdır. Bazanın həmişə aktual olmasını təmin etmək məqsədi ilə həm qeydiyyat sistemində çalışan mütəxəssislər, həm də Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin mütəxəssisləri tərəfindən daşınmaz əmlaklarla bağlı dəyişikliklər mütəmadi olaraq bazaya daxil ediləcəkdir.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL