waplog

Bu gün görkəmli ingilis riyaziyyatçısının anadan olduğu gündür


Görkəmli ingilis riyaziyyatçısı və kriptoqraf Alan Metison Türinq 1912-ci il iyunun 23-də Londonda (Böyük Britaniya) anadan olub. İnformatika elminin inkişafına böyük töhfələr vermiş və bu il 102 yaşı tamam olan A.Türinq süni intellekt nəzəriyyəsinin banisi hesab olunur.

“ICTnews" elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, alim kompüter texnikası tarixinə abstrakt hesablama “Türinq maşını”, “Türinq testi” və s. kəşfləri ilə daxil olub. Onu müasir proqramlaşdırmanın ilk nəzəriyyəçisi və ən nəhayət, dünyada ilk haker hesab edirlər. Yeri gəlmişkən, Türinqin “hakerlik fəaliyyəti”nin sovet qoşunlarının faşizm üzərində qələbəsində böyük rolu olub. Onun Üçüncü Reyxin kriptogöndərişlərinin şifrinin açılmasında böyük xidmətləri olub.

İnformatika sahəsi üzrə dünyada ən nüfuzlu mükafat Türinqin şərəfinə adlandırılıb.
A.Türinq 1954-cü il iyunun 7-də 42 yaşında vəfat edib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL