waplog

Dünya Bankı nağdsız əməliyyatların stimullaşdırılması sahəsində Azərbaycana texniki yardım göstərməyə hazırdır


Dünya Bankı nağdsız əməliyyatların stimullaşdırılması və bələdiyyələrdə elektron qeydiyyat sisteminin tətbiqi məsələlərində Vergilər Nazirliyinə texniki yardım göstərməyə hazırdır. Bu barədə nazirliyin məlumatında qeyd edilir.

Vergilər Nazirliyində Dünya Bankının baş iqtisadçısı Mona Prasadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə DB və nazirlik arasında əməkdaşlılq məsələri müzakirə olunub.

Görüşdə vergilər nazirinin birinci müavini Natiq Əmirov Azərbaycanda vergi sistemində aparılan islahatlar haqqında nümayəndə heyətinə məlumat verib. Onun sözlərinə görə, bu islahatlar informasiya-kommunikasiya texnologiyalarının (İKT) nailiyyətlərinin fəal tətbiqi ilə həyata keçirilir.

N.Əmirov vurğulayıb ki, hazırda qarşıda duran prioritet vəzifələrdən biri də nağdsız ödənişlər üçün müvafiq infrastrukturun yaradılması, bu sahədə stimullaşdırıcı tədbirlərin keçirilməsi və əhalinin fəallığının artırılmasıdır. Bununla əlaqədar aparıcı ölkələrin qabaqcıl təcrübəsi öyrənilir, yeni nəsil ödəniş cihazlarının Azərbaycanda tətbiqi imkanları qiymətləndirilir.

Bundan başqa, qeyd edilib ki, 2014-cü ildən Vergilər Nazirliyi bələdiyyələrin vergi informasiya sisteminin avtomatlaşdırılması məqsədilə proqram təminatı hazırlayıb və hazırda 8 bələdiyyədə yerli ödəyicilərin elektron uçotunun tətbiqi üzrə pilot layihənin reallaşdırılmasına start verib.

“Görüşdə iqtisadiyyatda nağdsız əməliyyatların stimullaşdırılması və bələdiyyələrdə elektron qeydiyyat sisteminin həyata keçirilməsi sahəsində Dünya Bankı tərəfindən təklif olunan texniki yardım və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib”, - deyə məlumatda vurğulanır.

Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycanda 51 layihənin həyata keçirilməsi üçün $3,3 mlrd. kredit ayırıb. Hazırda 17 layihənin reallaşdırılması davam edir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL