“Azərpoçt”un ən populyar maliyyə xidmətləri müəyyən edilib
Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un ən populyar maliyyə xidmətləri hesabların açılması və idarə olunması xidmətləridir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət müəssisələrinin fəaliyyətini əlaqələndirmə şöbəsinin müdir müavini, poçt sektorunun müdiri Novruz Məmmədovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, ötən ilin nəticələrinə əsasən, “Azərpoçt”un məhz bank-maliyyə xidmətlərinin göstərilməsindən əldə etdiyi gəliri 1 milyon manat təşkil edib.
“Bu gəlirin əsas hissəsi hesabların açılması və idarə olunması, beynəlxalq plastik kartların sifarişi üzrə maliyyə xidmətlərinin payına düşüb. Bu ilin sonuna kimi poçt maliyyə xidmətlərindən əldə edilən gəlirlərin 1,5 milyon manata çatdırılması proqnozlaşdırılır”, - deyə o bildirib.
N. Məmmədovun sözlərinə əsasən, ümumilikdə növbəti illərdə illik gəlir artımının 20-30% təşkil edəcəyi ehtimal edilir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL