waplog

MDB-nin Elektrotexniki Şurası ilə əməkdaşlıq sazişinin layihəsi Soçidə müzakirə olunacaq


MDB-nin Elektrotexniki Şurası ilə əməkdaşlıq sazişinin layihəsi Rusiya Federasiyasının Soçi şəhərində müzakirə olunacaq. Müzakirələr iyunun 26-na qədər davam edəcək Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (DŞ) növbəti 45-ci iclasında həyata keçiriləcək.
 
Tədbirdə ölkəmizi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
 
 Komitədən bildirilib ki, iclasda Şuraya üzv dövlətlərin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahələrində həyata keçirdikləri işlər, elmi-texniki komissiyanın işçi qrupunun iş planı barədə Şuranın qərarları, elmi-texniki komissiyanın və Şuranın işçi qruplarının müntəzəm görüşlərinin yekunları, 2020-ci ilədək Şuranın inkişaf strategiyasının həyata keçirilməsi üçün  fəaliyyət planının icra edilməsi, akkreditasiya üzrə regional orqanların yaradılması üzrə Şuranın işçi qrupunun tərkibi, iş proqramı və digər məsələlərin müzakirəsi də nəzərdə tutulur.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL