waplog

İran Kosmik Agentliyi: “Üç yeni peyk orbitə buraxılmaq üçün hazırdır”


Üç yeni peyk orbitə buraxılmaq üçün hazırdır. Bu barədə İran Kosmik Agentliyinin rəhbər müavini Həmid Fazeli yerli informasiya agentliklərinə müsahibədə deyib. “İran istehsalı olan “Şərif, “Fəcr” və “Tədbir” peykləri buraxılışa hazırdır”, - H.Fazeli bildirib.

“Şərif” peyki Şərif adına Texnoloji Universitet tərəfindən hazırlanıb. “Tədbir” peyki İran Kosmik Agentliyi yanında Kosmik Tədqiqatlar Mərkəzinin və İran Elmi Texnoloji Universitetinin birlikdə hazırladığı peykdir. “Fəcr” peyki “SaIran” elektron və kommunikasiya şirkəti tərəfindən layihələndirilərək ərsəyə gətirilib.
H.Fazeli qeyd edib ki, hazırda “Şərif” və “Tədbir” peyklərinin son sınaqları keçirilir, habelə yerüstü stansiya və aviabazalar buraxılış üçün hazırlanır.

“İSNA” agentliyinin məlumatına görə, üç peykdən birinin orbitə çıxarılması cari ilin oktyabrın 4-10-na planlaşdırılıb.

İran Kosmik Agentliyinin nümayəndəsi əlavə edib ki, hazırda İran alimləri 2015-ci ilin martında buraxılış üçün hazır olacaq yeni “Nahid” peykinin yaradılması üzərində çalışırlar.  

Qeyd edək ki, kosmos sahəsinin inkişaf proqramına uyğun olaraq İran ilk “Omid” tədqiqat peykini orbitə 2009-cu ildə çıxarıb. 2010-cu ildə yerli istehsal olan "Kavoşgər-3" raketdaşıyıcısı ilə ölkə orbitə canlı orqanizmlərlə biokapsul göndərib. Bu yaxınlarda elan olunan planlara uyğun olaraq İran ilk kosmonavtını açıq fəzaya 2019-cu ildə göndərmək niyyətindədir, - “İTAR-TASS www.itar-tass.com” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL