waplog

Yeni nəsil “İtanium İntel” prosessorları 2012-ci ildə çıxacaq


“İntel” korporasiyası “Poulson” kod adı ilə olan yeni nəsil “İtanium” prosessorları haqqında ətraflı məlumat verib. “Hot Chips” konfransında bildirilib ki, 32 nanometr texnologiya ilə hazırlanan “Poulson” çipləri 65 nanometr texnologiya üzrə istehsal edilən indiki “İtanium Tukwila” çiplərini əvəz edəcək.

"İntel" şirkətinin bəyanatına görə, “Poulson”, bu korporasiya tərəfindən yaradılmış ən böyük prosessorlardır. Onlar 3,1 milyard tranzistordan ibarətdir.

“Poulson” çipləri 8 nüvəli və “Hyper-Threading” çoxaxınlılıq texnologiyası dəstəyinə malik olacaq. Səhvlərin aşkar edilməsi üçün nəzərdə tutulmuş “İnstruction Reply” vasitələrinin olacağı bildirilib.

Bundan başqa, prosessorlar “İnteger operations”, “Data Access Hints”, “Expanded Software Prefetch” və “Thread Control” təlimatlarının genişləndirilmiş dəsti ilə təmin ediləcəklər.

“Poulson” çiplərinin keş yaddaşının ümumi həcmi 54 MB-a qədərdir; “Tukwila” əsasında işləyən sistemlərlə müqayisədə yaddaşın ötürülmə sürəti artırılıb. “Poulson” çipləri təqdimatının 2012-ci ildə olacağı gözlənilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL