Azərbaycan komandası informatika üzrə 13-20 iyulda Tayvanda keçiriləcək beynəlxalq olimpiadaya hazırlaşır
Təhsil Nazirliyində beynəlxalq fənn olimpiadalarında Azərbaycanı təmsil edəcək şagirdlərdən ibarət komandalar və onların rəhbərləri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi fənlər üzrə beynəlxalq olimpiadalara hazırlaşan komandaların üzvləri ilə mövcud vəziyyəti müzakirə etmək və qarşıda duran müvafiq məsələləri aydınlaşdırmaqdan ibarətdir.
Qeyd edək ki, hər il olduğu kimi, 2014-cü ildə də riyaziyyat, informatika, kimya, fizika, biologiya fənləri üzrə beynəlxalq olimpiadalar keçiriləcək. Beynəlxalq olimpiadalar müvafiq olaraq, informatika üzrə 13-20 iyul 2014-cü il tarixində Tayvanda, riyaziyyat üzrə 3-13 iyul 2014-cü il tarixində Cənubi Afrika Respublikasında, kimya üzrə 20-29 iyul 2014-cü il tarixində Vyetnamda, fizika üzrə 13-21 iyul 2014-cü il tarixində Qazaxıstanda, biologiya üzrə 6-13 iyul 2014-cü il tarixində İndoneziyada təşkil olunacaq.
Görüşdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadalarda uğur qazanması üçün Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlərin görüldüyünü və gələcəkdə bu sahədə daha effektiv işlərin həyata keçiriləcəyini qeyd edib.
Nazir müavini beynəlxalq olimpiadalarda iştirak edəcək şagirdlərin həmin bilik yarışlarında Azərbaycanı təmsil edəcəyini bir daha xatırladaraq, onların uğur qazanacağına və yüksək nəticələr əldə edəcəyinə ümid bəslədiyini bildirib. Nazirlikdən qeyd edilib ki, sonda tədbirdə iştirak edən mütəxəssislər çıxış edərək şagirdlərin beynəlxalq olimpiadalara hazırlaşması üçün Təhsil Nazirliyi tərəfindən yaradılan şəraiti yüksək dəyərləndiriblər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL