waplog

Ölkədə İnternet Bələdiyyə Sistemi hazırlanacaq


Azərbaycanda İnternet Bələdiyyə Sistemi hazırlanacaq. Artıq ilin əvvəlindən etibarən bələdiyyələrin vergi informasiya sisteminin avtomatlaşdırılmasına başlanılıb.  İlkin mərhələ olaraq ölkə ərazisində səkkiz bələdiyyədə - Binəqədi, Biləcəri, Rəsulzadə, Xocasən, Sumqayıt, Saray və Şəmkir bələdiyyələrində yerli  ödəyicilərin elektron uçotunun tətbiqi üzrə pilot layihəyə start verilib.
 
İndiki mərhələdə layihə vergi ödəyicilərinin uçota alınması və mərkəzləşdirilməsi, eyniləşdirilmiş nömrələrin və şəhadətnamələrin verilməsini nəzərdə tutur. Vergi ödəyiciləri bu şəhadətnamələr vasitəsilə Bələdiyyə idarələrinə getmədən bank vasitəsi ilə ödəmə edə biləcəklər.
 
Layihə başa çatdıqdan sonra bələdiyyələr  uçot, bəyannamələr, məhkəmə işləri, yoxlamalar və s. kimi fəaliyyətini tam şəkildə avtomatlaşdırılmış şəkildə həyata keçirəcək.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL