waplog

Azərbaycan Mərkəzi Bankı informasiya sistemlərinin dəstəklənməsi xidmətlərinin satınalması üzrə açıq tender elan edib


Azərbaycan Mərkəzi Bankı informasiya sistemlərinin dəstəklənməsi xidmətlərinin satınalması üzrə açıq tender elan edib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tender 3 lot üzrə keçirilir:
 
lot 1 - 1-ci lot üzrə tenderin predmeti Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin proqram platformalarına Əsas şərtlər toplusunun 1 №-li Əlavəsində göstərilən tələblərə uyğun olaraq dəstəklənmə xidmətinin həyata keçirilməsi;

lot 2 -  2-ci lot üzrə tenderin predmeti Mərkəzi Bankda istismarda olan Baş Mühasibat Sisteminin proqram platformasına Əsas şərtlər toplusunun 2 №-li Əlavəsində göstərilən tələblərə uyğun olaraq dəstəklənmə xidmətinin həyata keçirilməsi;

lot 3 -  3-cü lot üzrə tenderin predmeti Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin texniki platformalarına Əsas şərtlər toplusunun 3 №-li Əlavəsində göstərilən tələblərə uyğun olaraq dəstəklənmə xidmətinin həyata keçirilməsi.
 
Tenderin hər bir lotu üzrə iştirak haqqı 150 manat təşkil edir.
 
İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) iyulun 31-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə avqustun 11-dək Bakı şəhəri, R.Behbudov küçəsi, 32 ünvanına təqdim etməlidirlər. İddiaçıların səlahiyyətli nümayəndələrinin iştirak edə biləcəyi tender proseduru avqustun 12-də baş tutacaq.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL