waplog

AzTU-nun rektoru: Laboratoriya və fənn kabinələri müasir texnoloji avadanlıq və cihazlarla təmin edilir


Azərbaycan Texniki Universitetinin (AzTU) laboratoriya və fənn kabinələri müasir texnoloji avadanlıq və cihazlarla təmin edilir.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri universitetin rektoru, professor Havar Məmmədov Rusiya Federasiyası Ural Federal Universitetinin nümayəndələri ilə AzTU-da baş tutan görüş zamanı deyib.
 
Onun sözlərinə görə, 8 tədris korpusu olan universitetdə hazırda irimiqyaslı genişləndirmə, yenidənqurma işləri görülür, daha bir korpusun tikintisi başa çatdırılır.
 
H.Məmmədov həmçinin bildirib ki, tədrisin səmərəli formaları tətbiq olunur, təhsil prosesinin istehsalatla əlaqəsi gücləndirilir.
 
Avropa təhsil sistemindəki yeniliklər və bununla bağlı bir sıra proqramlar həyata keçirilir, - deyə rektor əlavə edib.
 
CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL