“Samsung” şirkəti “Android Wear” platforması ilə işləyən saat istehsal edib
“Samsung” şirkəti “Android Wear” platforması ilə işləyən “Gear Live” smart saatlarını nümayiş etdirib. Bu haqda “Google I/O” konfransında “Android” mobil əməliyyat sisteminin hazırlamaları üzrə direktoru Devid Sinqlton deyib.
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Cənubi Koreyanın “Samsung” şirkəti artıq “Galaxy Gear” xətti ilə smart-saat bazarında aktiv inkişaf edir. “Galaxy Gear” kompüterləşdirilmiş saatlarının birinci versiyası “Android” versiyası ilə işləyib, ancaq sonrakı qurğular “Tizen” alternativ platformasına əsaslanıb.
Təqdimatda “Samsung Gear Live” “ağıllı” saatının texniki detalları açıqlanmayıb, amma saat görünüşcə “Gear 2”-nin əvvəl nümayiş etdirilmiş modifikasiyasını xatırladır. Kompüterləşdirilmiş saatlara quraşdırılmış “Android Wear” versiyası “Android” mobil əməliyyat sisteminin daşınan qurğular üçün xüsusi versiyasıdır.
Daşınan elektronika – bu, texnologiya bazarının ən aktiv trendlərindən biridir. “IDC” analitiklərinin proqnozuna görə, 2014-cü ildə bu tip qurğuların satış həcmi üç dəfə artaraq 19 milyon təşkil edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL