waplog

Çində SMS-bildirişlər populyarlığını itirir


Çinin mobil rabitə operatorlarının abunəçiləri kütləvi şəkildə SMS-bildirişlərin istifadəsindən məlumat mübadiləsi mobil əlavələrinə keçirlər. Belə ki, Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, cari ilin beş ayı ərzində SMS-bildirişlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 18,4 faiz azalıb, MMS-bildirişlərin sayı isə daha çox – 30,6 faiz aşağı düşüb. 

İndiyədək bu xidmətlərin hər ikisi populyar olub. Lakin hazırda Çin istifadəçiləri onlardan imtina edərək “WeChat” mobil əlavəsinə, “Sina Weibo” mikrobloqlar xidmətinə və digər servislərə üstünlük verirlər. Təkcə “WeChat”-dan ayda 400 milyon nəfər istifadə edir.

Mobil rabitə operatorları gəlirin əsas hissəsini SMS-bildirişlərin göndərilməsindən əldə edirlər və onlardan istifadənin azalması, şübhəsiz ki, maliyyə göstəricilərinə təsir etməyə başlayır. Çinin nəhəng "China Mobile” operatoru son rübün yekunları üzrə mənfəətin ötən illə müqayisədə 16 faiz aşağı düşdüyünü açıqlayıb. Operator buna əsas səbəb kimi SMS və MMS-bildirişlərdən əldə olunan gəlirin azalmasını göstərib.  

Bununla belə, Çində SMS-bildirişlərin sayı çox olaraq qalır. Ölkədə 1,256 milyard mobil rabitə abunəçisi var və cari ilin ilk beş ayında onlar 314 milyard bildiriş göndəriblər, - "Computerworld www.osp.ru” yazır.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL