waplog

Dünyada rəqəmli TV xidmətləri bazarı 1 milyarda yaxınlaşıb


Bu il dünya rəqəmli televiziya bazarı 1 milyard ev təsərrüfatını əhatə edəcək. Məhz bu sayda ev sahibləri ilin sonuna kimi 138 ölkədə rəqəmli televiziyanı izləyə biləcəklər ki, bu da 2013-cü ildəki analoji göstəricidən 130 milyon çoxdur.
 
Rəqəmli platformalar arasında dünyada populyarlığına görə kabel platformalar liderdir. Ehtimal edilir ki, bu ilin sonuna qədər kabel televiziyasına 374 milyon istifadəçi qoşulacaq. Artıq rəqəmli kabel televiziyası abunə sayına görə analoq kabel şəbəkələrinin istifadəçilərindən daha çoxdur. Ən sürətlə artan bazar seqmenti IPTV-dir. Proqnozlara görə,  2014-cü ilədək IPTV operatorlarının birgə bazası üç dəfə artacaq. Bu ilin sonunadək rəqəmli yayımın əhatə dairəsi TV xidmətlərinə qoşulmuş ev təsərrüfatlarının ümumi sayının üçdə bir hissəsini təşkil edəcək. Müqayisə üçün bildirək ki, 2010-cu ildə bu göstərici 40,5% təşkil edib.
 
Bu ilin sonunadək 13 ölkədə rəqəmli televiziyanın əhatə dairəsi 100 faizədək, 25 ölkədə isə  90 faizədək genişlənəcək. Buna baxmayaraq, dünyanın 45 ölkəsində rəqəmli TV-nin əhatə dairəsi 50 faizdən aşağı olacaq.
 
Rəqəmli televiziya şəbəkələrinə 2010-2014-cü illərdə qoşulmuş və qoşulmağa hazırlaşan  461 milyon ev təsərrüfatından 292 milyonu (demək olar ki üçdə ikisi) Asiya-Sakit Okean regionunun payına düşəcək, belə ki, bu regionda 517 milyon bu cür ev təsərrüfatı olacaq.
İlin sonuna kimi rəqəmli televiziyaya qoşulma sayına görə lider mövqeyini 289 milyon və ya dünyada bütün TV qoşulmaların 27,5 faizi ilə Çin tutacaq. İkinci yerdə ABŞ, üçüncü yerdə Hindistan, növbəti yerlərdə Yaponiya və Braziliya qərarlaşır. Birinci beşliyin payına abunəçilərin 55%-i düşəcək.
 
Ödənişli TV (analoq və rəqəmli) bu ilin nəticələrinə əsasən 886 milyon qoşulma təşkil edəcək. Ödənişli TV-nin əhatə dairəsi 2010-cu ildəki 49,1 faizdən 2014-cü ildə 57,1 faizədək artacaq. Yaxın Şərqdə və Şimali Afrikada ödənişli TV-nin payı 19 faiz,  Şimali Amerikada isə maksimum 85 faiz təşkil edəcək. ABŞ başda olmaqla dünyanın 11 ölkəsində 2010-2014-cü illərdə ödənişli TV xidmətlərinin əhatə dairəsi azalacaq.
 
 
Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL