“Asus” şirkəti payızda “Android Wear” sistemi ilə işləyən ucuz “ağıllı” saatlar buraxacaq
“Asus” şirkəti payızda “Android Wear” əməliyyat sistemi ilə işləyən 100-150 dollar dəyərində ağıllı "saat" buraxacaq. Bu haqda şirkətə yaxın mənbələrə istinadən “Techcrunch” resursu yazıb.
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Twitter” mikrobloqlar xidmətində “Evleaks” hesabının məlumatına görə, qurğunun kod adı “Robin” adlandırılıb və bu tip mövcud aparatlar arasında ən nazikdir. Saat AMOLED ekranla təchiz edilib. Bundan əvvəl verilmiş məlumata əsasən, “Asus” şirkətinin cihazı səs və jestlərin köməyi ilə idarə olunacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL