waplog

Maliyyə naziri: “İnformasiya texnologiyalarının təhsil sektorunun idarəolunması sisteminə inteqrasiyası mütərəqqi haldır”


“İnformasiya texnologiyalarının təhsil sektorunun idarəolunması sisteminə inteqrasiyası mütərəqqi haldır”.

Bu fikri maliyyə naziri Samir Şərifov “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin ilkin nəticələri, təhsil sistemində “FARABI” layihəsinin tətbiqi vəziyyəti və perspektivlər” mövzusunda keçirilən təqdimat mərasimində bildirib. Tədbirin əsas məqsədi ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi, adambaşına maliyyələşməyə keçid, ali məktəblərin maliyyə-təsərrüfat fəaliyyətinin optimallaşdırılması yollarını müzakirə etməkdən ibarət olub.
 
Təhsil naziri Mikayıl Cabbarov, ali məktəblərin rektorları və digər qonaqların iştirak etdiyi tədbirdə maliyyə naziri qeyd edib ki, yeni sistem ali təhsil müəssisələrinin gəlirlərinin artırılması imkanlarına daha səmərəli yanaşmağı, səmərəli büdcə planlanması sisteminə keçidi təmin edəcək:
 
“Bu baxımdan ali təhsil müəssisələrində maliyyə mühasibatlıq sisteminin yeni tələblər səviyyəsində qurulması, professor-müəllim heyətinə keyfiyyət əmsalına görə ödənişlərin edilməsi, tələbə təqaüdlərinin təhsildə uğurlu nəticələrə görə hesablanması vacib amillərdəndir”.
 
 
Təhsil naziri Mikayıl Cabbarov ölkəmizin ali təhsil sistemində yeni maliyyələşdirmə sisteminin tətbiq olunduğunu və bunun da yeni maliyyə idarəetmə mexanizmini formalaşdırdığını qeyd edib. Bu da ali təhsil müəssisələrində korporativ idarəetməni, kafedraların optimallaşdırılmasını, universitetlərin hüquqi statusunun çevik təşkilini, bununla da əlavə vəsaitlərin cəlb olunma imkanlarını və təhsilverənlərin işinin keyfiyyət əmsalı ilə dəyərləndirilməsini tələb edir.
Nazir yeni təqdim olunan “FARABI” sisteminin ali təhsil müəssisələrinin maliyyə və mühasibat hesabatlılığını milli və beynəlxalq standartlar səviyyəsində tam şəkildə avtomatlaşdırmağa, maliyyə-idarəetmə imkanlarını genişləndirməyə, eləcə də insan resurslarının idarəolunmasında bir sıra əlavə modulların tətbiqinə imkan  verəcəyini bildirib.
 
 
Ali təhsil müəssisələrinin yeni maliyyə mənbələrinin axtarışı, maliyyə səmərəliliyinin artırılması mövzusunda Təhsil Nazirliyinin sektor müdiri Emin Əmrullayevin və Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının təqdimatları maraqla qarşılanıb. “SİNAM” şirkətinin rəhbəri Elçin Əliyev ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı “FARABI” layihəsinin təqdimatını  edib. Sonra çıxışlar ətrafında müzakirələr aparılıb, ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri qeyd olunan məsələlər haqqında fikirlərini bildiriblər.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL