Rumıniyada elektron pasportlar evlərə göndərilir
Rumıniya Pasport Xidməti iyunun 23-dən ərizəçinin ünvanına hazır xarici pasportların çatdırılması üzrə yeni servisi istifadəyə verib. Xarici pasportu evdə almaq üçün vətəndaş bu istəyini sənədlərini təqdim edərkən bildirməlidir.
Pasport üçün tələb olunan sənədlər Pasport Xidmətinə və ya Rumıniyanın xaricdəki konsulluğuna şəxsən təqdim edilməlidir. Ərizəçidən həmçinin mobil telefon nömrəsini qeyd etmək tələb olunur: ona əlaqə vasitələri üçün SMS-bildiriş göndərilir. Cavab SMS-də ərizəçinin ünvanı, ərizənin nömrəsi və pasportun alınma tarixi göstərilməlidir.
Qeyd olunan tarixdə kuryer göstərilən ünvana hazır elektron pasportu çatdırır. Ərizəçi evdə olmayanda, kuryer pasportu sahibinə təhvil verənədək növbəti beş gün ərzində gəlir və zəng vurur. Pasport sahibi bu müddət ərzində evinə gəlməsə və ya telefon zənglərinə cavab verməsə, pasportu almaq üçün özü Pasport Xidmətinə getməli olur.
Xarici pasportlar şəxsən ərizəçiyə təqdim edilir: qohumlar çatdırılma üçün imza etmək hüququna malik deyillər. Xarici pasportların çatdırılması pulludur (ərizəçi 8,7 Rumıniya leyi ödəyir).
Qeyd edək ki, Rumıniyanın elektron pasportu vətəndaşın istəyinə uyğun verilir. Hazırda ölkə əhalisi üçün xarici pasportların hazırlanma müddəti 14 gün təşkil edir. Xarici pasportun alınması üçün qüvvədə olma müddəti bitməmiş daxili pasport, doğum haqqında şəhadətnamə, əvvəlki xarici pasport (dəyişdirildikdə) təqdim olunur və rüsum ödənilir.
Ölkə vətəndaşları üçün rüsum 270 ley təşkil edir. Bundan başqa, əlavə vergi yığımları (cəmi 22 leyədək) tutulur. Xaricdə yaşayan Rumıniya vətəndaşları da çatdırılma ilə xarici pasportlar almaq hüququna malikdirlər. Bu halda sənədlərin toplanması və rüsumun məbləği konsulluqda razılaşdırılır, - "CNews www.cnews.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL