waplog

Naxçıvan ərazisində kommunal xidmət haqlarının yığımı üzrə mərkəzləşmiş billinq sistemi istismara verildi


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi və Naxçıvan Muxtar Respublikası RYTN tərəfindən yeni bir layihə həyata keçirilib və Naxçıvan MR-nın Kommunal idarələri bu layihəyə qoşulublar.
 
Belə ki, Naxçıvan MR ərazisində kommunal xidmət haqlarının yığımı üzrə mərkəzləşmiş billinq sistemi yaradılmış, işıq, qaz və su abunəçiləri üzrə məlumat bazası formalaşdırılıb.
 
Bu məqsədlə Naxçıvan MR-nın Kommunal idarələrinin məlumat bazaları Naxçıvan MR RYTN-in məlumat bazasına uyğunlaşdırılıb və hər bir işıq, qaz və su abunəçisinə vahid prinsip əsasında kommunal kod tanıtdırılıb.
 
Bununla yanaşı, məlumat bazasında abunəçinin telefon nömrəsi də qeyd olunmuşdur və kompüterə kommunal kodları daxil etmədən, telefon nömrəsini daxil etməklə kommunal xidmətlərin ödənilməsi mümkündür. Mərkəzləşmiş billinq sisteminin istismarını təşkil etmək üçün Naxçıvan MR poçt işçiləri MHM-də kurslarda iştirak edib və onlar lazımi qaydada təlimatlandırılıblar.
 
Eyni zamanda Naxçıvan MR Kommunal idarələrinin aidiyyəti işçiləri billinqlə işləmək üçün təlimatlandırılıblar və onlar sayğacların göstəricilərini ayda bir dəfə kompüterə daxil edirlər.
 
 Hal-hazırda layihənin tam şəkildə istismarı gedir və statistika göstərir ki, az müddət keçməsinə baxmayaraq, bu sistem vasitəsilə aparılan kommunal ödənişlərin həcmi sürətlə artmaqdadır.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL