waplog

1 saniyədə 10 min planşetofon satıldı


Çinin “Xiaomi” şirkəti yeni qurğuların satış sürətinə görə rekorda imza atmaqla məşhurdur. Tayvandan verilmiş məlumata görə, şirkət daha bir rekorda imza atıb. “GSMInsider” nəşri yazır ki, “Xiaomi” internet mağazası bir saniyədə 10 min “RedMi Note” planşetofonu satıb.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, satışdan 12 saat əvvəl 5,5 düymlük ucuz aparat üçün “Xiaomi” şirkətinə 40 min yeni ilkin sifariş verilib.
 
Xatırladaq ki, “RedMi Note” iki versiyada nümayiş etdirilib. Hər iki model səkkiznüvəli “MediaTek” prosessoru, 5,5 düymlük HD ekran və 13 meqapiksellik kamera ilə təchiz edilib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL