Təhsildə hibrid fərdi kompüterindən istifadə ediləcək
“Panasonic” şirkəti “Intel Classmate PC” konsepsiyasına alternativ baxış təşkil edən “3E” təhsil hibrid qurğusunu nümayiş etdirib. Yeni qurğu “ISTE” (International Society for Technology in Education) konfransı çərçivəsində təqdim olunub. 10 düymlük qurğunun qiyməti 499 dollar təşkil edir.
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Panasonic” rəsmiləri bildiriblər ki, birinci mərhələdə qurğu Amerika məktəblərinə, daha sonra bütün dünyaya tədarük olunacaq, həm də cihaz inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə daha ucuz qiymətə satılacaq.
Hibrid planşetdə qeyri-adi temperatur sensoru var. 10 düymlük “3E” qurğusunda ekranın təsvir ölçüsü 1366x768 pikseldir. Planşet 1.3 QHs takt tezlikli “Intel Atom ZZ3740D” çipi, 2 QB əməli yaddaş, 32 və ya 64 Qb daimi yaddaşla təchiz edilib.
Cihaza “Windows 8.1 Pro” əməliyyat sistemi quraşdırılıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL