waplog

Analitikləri İT bazarı üzrə proqnozları yenidən qiymətləndirməyə nə vadar etdi?


"Gartner" tədqiqat şirkəti qlobal informasiya texnologiyaları (İT) bazarı üzrə proqnozunu 33% azaldıb. Ekspertlər rəqabətin kəskinləşməsi nəticəsində istehsalçıların məhsullarının qiymətini azaltmasını səbəb kimi göstərib.
 
Analitiklərin qiymətləndirməsinə görə, 2014-cü ildə qlobal İT xərclərinin həcmi 2,1% artaraq 3,7 trilyon dollaradək çatacaq. Halbuki əvvəl 3,2% səviyyəsində artım proqnozlaşdırılıb.
 
Mütəxəssislər ümid edirlər ki, cari ildə İT xidmətlər bazarında mədaxil ötənilki ilə müqayisədə 3,8% artaraq 967 milyard dollara çatacaq. Bu seqmentdə İT autsorsinq xidmətlərinə sərf olunan xərclərin həcmi "bulud" xidmətləri provayderlərinin arasındakı qiymət "müharibəsi" səbəbindən azalır.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2014-cü ildə korporativ proqram təminatının satış həcmi gözlənildiyi kimi, 6,9% artaraq 321 milyard dollar təşkil edəcək. İnfrastruktur proqram təminatı bu artım üçün imkan yaradacaq. Yaxın illərdə "əşyaların interneti" bazarının sayəsində proqram təminatına tələbat artacaq.
 
2014-cü ilin nəticəsinə görə, analitiklər data mərkəzlərə xərclərin 0.4% artaraq 140 milyard dollar olacağını gözləyirlər. Bu seqmentdə "bulud" xidmətlərindən istifadə və bahalı server sistemlərindən imtinaya görə investisiyanın həcmi yüksəlmir.
 
Qurğuların satış həcminə gəlincə isə cari ildə bu seqment 685 milyard dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 1,2% yüksəkdir. Analitiklər telefon və planşetlərin qiymətinin azalmasını zəif artıma səbəb kimi göstəriblər.
 
İT sahənin ən böyük seqmenti sayılan telekommunikasiya xidmətlərinə sərf olunacaq xərclərin həcmi 0.7% artacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL