waplog

2018-ci ilədək "ağıllı" saatların qlobal tədarükü 330 milyona çatacaq


Son iki ildə daşınan qurğular müxtəlif sahənin aparıcı istehsalçılarını özünə cəlb edə bilib. Bununla əlaqədar olaraq, yaxın 5 ildə "ağıllı" saat, fitnes qolbaqlar və smart-eynək kimi daşınan kompüter qurğularının qlobal tədarükünün 700 milyona çatacağı gözlənilir, bu bazarın pul baxımından həcmi təxminən 50 milyard ABŞ dolları təşkil edəcək. “ON World” analitik şirkəti belə proqnoz verib.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklər öz hesabatlarını 1000-dən çox respondentin müsahibə və sorğularının nəticəsinə görə tərtib ediblər.
 
Mütəxəssislər müəyyənləşdiriblər ki, alıcılar daha çox “ağıllı” saat seqmentinə böyük maraq göstərirlər: sorğu iştirakçılarının əksəriyyəti belə qurğu satın almaq arzularını ifadə ediblər. Rəyi soruşulanlar cihazın əsas funksiyaları arasında məşq zamanı göstəricilərin ölçülməsi üçün cihazdan istifadə imkanını və sağlamlığa nəzarəti qeyd ediblər.
 
“ON World” şirkətinin proqnozuna görə, 2018-ci ilədək dünya bazarına 330 milyon smart-saat tədarük ediləcək.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL