Bostonda smartfonları enerji ilə dolduran skamyalar quraşdırılıb
Boston meriyası şəhərdə “Wi-Fi” və günəş batareyaları ilə təchiz edilmiş skamya quraşdırıb. Beləliklə, skamyada əyləşməklə mobil telefonun akkumulyatorunu enerji ilə doldurmaq mümkündür.
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, artıq Massaçusets ştatının ən böyük şəhərinin parklarında onlarla belə skamya quraşdırılıb. “Soofa” adlanan bu skamyalar 3 min dollara başa gəlib. Layihəni ABŞ-ın ən böyük mobil operatorlarından biri “Verizon” şirkəti və “Cisco” telekommunikasiya avadanlığı istehsalçısını satın alıb.
Skamyada quraşdırılmış USB portlar vasitəsilə cihazı enerji ilə doldurmaq mümkündür. Həmçinin "ağıllı" skamyalar havanın çirklənməsini və səs-küyü qiymətləndirə bilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL