Bakı ilə Naxçıvan arasında distant təhsil
“Ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsinin sürətlə inkişafının nəticəsidir ki, bu gün bütün respublikamızda, o cümlədən Naxçıvanda “E-Azərbaycan” Dövlət Proqramı çərçivəsində böyük layihələr həyata keçirilir”.
Bu barədə açıqlama verən Naxçıvan Dövlət Universitetinin rektoru, akademik Isa Həbibbəyli informasiya texnologiyaları sektorunda kadr hazırlığı siyasətinin təkmilləşdirilməsi məsələlərinin zəruriliyini qeyd edib. O, AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri tərəfindən Naxçıvanın elmi-tədqiqat və təhsil müəssisələrinin aspirant və dissertantlarına distant tədris sistemi vasitəsilə informatika fənninin tədrisi ilə bağlı müxtəlif kurs və treninqlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Akademik AMEA İnformasiya Texnologiyaları İnstitutunda Distant Tədris Mərkəzinin açılışının Azərbaycanın təhsil sisteminin innovativ inkişafına dəyərli töhfələr verəcəyini vurğulayıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL