waplog

Azərbaycan “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusundakı konfransda təmsil olunur


Avqustun 22-dən etibarən Türkiyənin Bilkent Universitetində “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda III beynəlxalq konfrans keçirilir. Konfrans ayın 24-nə qədər davam edəcək.

Azərbaycan Respublikası Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, ABŞ-ın İllinoys Universitetinin professoru Tamer Başar və Türkiyənin Bilkent Universitetinin professoru Hitay Özbay tərəfindən təşkil olunan tədbirdə dünyanın 12 ölkəsindən alimlər iştirak edir.

Konfransın həmtəşkilatçılarından biri, akademik F.Əliyev bildirib ki, Azərbaycan, Türkiyə, ABŞ, İsveç, Fransa, Bolqarıstan, Hindistan, Almaniya və digər ölkələrdən tanınmış alim və mütəxəssislərin qatılacaqları beynəlxalq konfransda idarəetmə və optimallaşdırma sahəsində alınmış elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyata tətbiqi məsələləri geniş müzakirə ediləcəkdir. Mövzu üzrə 70-dək məruzə dinləniləcəkdir.

Beynəlxalq konfransın açılış mərasiminə Azərbaycan Respublikası Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov sədrlik edib.

Məlumat üçün bildirək ki, maraq doğuran məruzə və məqalələr Azərbaycanda nəşr olunan, yüksək təsir əmsalına malik, beynəlxalq aləmdə tanınan “Tətbiq və hesablama riyaziyyatı” (“Applied and Computational Mathematics”) jurnalında dərc olunacaqdır.

Qeyd edək ki, “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda birinci (2005) və ikinci (2008) beynəlxalq konfranslar Azərbaycanda keçirilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL