“Samsung” şirkəti plazma televizorların istehsalından imtina edəcək
"Panasonic" şirkətindən sonra "Samsung SDI" bölməsi plazma panelli televizorların istehsalını dayandırmaq niyyəti haqda məlumat verib. Şirkətin plazma televizorlardan imtina səbəbi məhsula tələbatın azalmasıdır. Noyabrın 30-da bazarı tam tərk edəcək.
"Biz bazar tələbləri ilə əlaqədar ilin sonunadək PDP televizor biznesini tərk etməyi planlaşdırırıq" – "Samsung" rəsmiləri məlumat verib. Eyni zamanda şirkət bükük və UHD televizorlara (ultrayüksək dəqiqlik) daha çox diqqət ayırmağa söz verib.
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, Koreyanın "Yonhap" informasiya agentliyi deyib ki, yaxın vaxtlarda "LG" şirkəti PDP televizorlardan imtina edəcək.
Martda "Panasonic" şirkəti plazma televizorların istehsalından imtina edib. Bu texnologiyadan imtina maye kristal ekranların populyarlığı ilə bağlıdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL