waplog

Avropa İttifaqı fərdi kompüterlər üçün “yaşıl” qaydalar tətbiq edir


Avropa İttifaqı (Aİ) elektrik enerjisinə qənaət məqsədilə hesablama qurğuları üçün elektrik enerjisindən istifadə qaydalarının tətbiqinə başlayıb.
 
Aİ-nin “No 617/2013” saylı qanunu iyulun 1-dən qüvvəyə minib. Tənzimləyici orqanlar hesablama qurğuları istehsalçı və tədarükçülərinə yeni tələblərə uyğunlaşmaq üçün vaxt veriblər. Prosesin 2016-cı ilədək başa çatması gözlənilir.
 
Yeni qaydalar fərdi kompüterlər, terminallar, işçi stansiyaları, mobil işçi stansiyaları və serverlərə şamil olunsa da, oyun qurğuları, dok-stansiyaları, “blade” sistemləri və “multi-node” serverlərinə aid edilmir. Qanuna əsasən, hesablama qurğuları tədarükçüləri qurğuların enerji sərfiyyatı, o cümlədən “Standby” və “Söndürülmə” rejimi daxil olmaqla qurğuların illik enerji istifadəsi (annualpower usage) haqqında məlumatlar təqdim edəcək.
 
Avropa Komissiyasının təmsilçiləri güman edirlər ki, fərdi kompüterlərin enerji sərfiyyatı ilə bağlı normativlərin tətbiqi avropalılara 2020-ci ildən etibarən ildə 2,7 milyard dollara qənaət etməyə imkan verəcək. Gözlənilir ki, 2011-2020-ci illərdə qənaətcil hesablama qurğularından istifadə sayəsində atmosferə 43 milyon az karbon qazı buraxılacaq.  
 
Xatırladaq ki, bu istiqamətdə işlərin aparılmasına 2005-ci ildə başlanılıb, 2009-cu ildə Avropa Parlamenti tərəfindən müvafiq qanun təsdiq edilib, - "IT Weekly www.it-weekly.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL