Çinin “Apple"ı tədarük həcmini dörd dəfə artırıb
Bəzən “Apple” şirkəti ilə müqayisə edilən Çinin “Xiomi” şirkəti ilin birinci yarısında 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə dörd dəfə daha çox smartfon bazara tədarük edib. 10 milyard dollar məbləğində qiymətləndirilən şirkət yanvar-iyun 26,1 milyon qurğu tədarük edib.
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, şirkətin satış həcmi 149% artaraq 33 milyard yuan (təxminən 5,32 milyard dollar) olub. 2014-cü ildə “Xiaomi” şirkəti 60 milyon tədarükünə ümid edir.
“Xiaomi” yerli, yüksək rəqabətli smartfon bazarında əsas qüvvələrdən birinə çevrilir. “Canalys” analitik şirkətinin məlumatına görə, cari ilin birinci rübündə “Xiomi” şirkəti telefon satışının həcminə görə altıncı olub.
Şirkət fəaliyyət dairəsini genişləndirmək istəyir. Məsələn, Çin şirkəti Cənub-Şərqi Asiya, Hindistan, Braziliya və Meksika bazarlarına çıxmaq niyyətindədir. Bununla belə, birinci rübdə tədarük edilmiş qurğuların 97%-i Çinin payına düşüb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL