Nazir: “Azərbaycan BMT-nin “Elektron hökumət” üzrə hesabatında tutduğu mövqe ilə kifayətlənməyəcək “
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının "Elektron hökumət" üzrə hesabatlarında tutduğu mövqeyini daha da yaxşılaşdırmaq niyyətindədir.
Azərbaycan Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, son 10 ildə BMT-nin təqdim etdiyi hesabatlarda Azərbaycanın tutduğu mövqe ölkənin hazırkı inkişafına uyğun gəlmirdi.
"Son zamanlar "Elektron hökumət"in gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində elektron hökumət xidmətlərinə bütün rayonlardan çıxışın təmin edilməsi, "ASAN mərkəz"in təqdim etdiyi xidmətlərin genişləndirilməsi bizə müəyyən uğur əldə etməyə və 28 pillə irəliləyərək 68-ci yerdə qərarlaşmağa imkan verdi. Azərbaycanda internetin və informasiya texnologiyalarının inkişafına bu mövqe də kifayət deyil və biz çalışacağıq ki, yaxın illərdə inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşaq" - deyə nazir qeyd edib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL