waplog

"Azərkosmos" yer səthinin müşahidə peykinin istehsalı ilə bağlı tenderin müddətini bir neçə ay uzadıb


Rabitə və yüksək texnologiyalar naziri  Əli Abbasov bildirib ki, "Spot 7"  peykinin orbitə buraxılması "Airbus Defence və Space" və "Azərkosmos" ASC arasında strateji əməkdaşlıq və peyklərdən birgə istifadəyə dair bu ilin may ayında imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində atılmış mühüm addımdır.

"Bununla yanaşı, qeyd etmək istərdim ki, "Azərkosmos" yer səthinin müşahidə peykinin istehsalı  ilə bağlı  tenderin müddətini bir neçə ay uzadıb. Tenderin vaxtının uzadılması, bu layihə çərçivəsində olduqca yüksək keyfiyyətli peykin istehsalına hesablanıb. Bu ilin sentyabr ayında tenderin başa çatması gözlənilir", - deyə nazir bildirib. 
 
Aynur Vəliyeva
 
 


 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL