waplog

Sinqapur ilk nanopeykini uğurla yerətrafı orbitə buraxıb


Sinqapurun ilk nanopeyki uğurla yerətrafı orbitə çıxarılıb. Bu barədə “Channel News Asia” nəşri məlumat verib. Peykin 2-3 aydan sonra fəaliyyətə başlayacağı gözlənilir.

Nanyan Texnoloji Universitetinin alim və tələbələri tərəfindən yaradılan “Velox-1” peyki texniki xüsusiyyətlərinə görə unikaldır. Belə ki, nanopeykdə ölçüsünə görə adi mobil telefonu ötməyən “Velox-Р3” pikopeyki quraşdırılıb.    

Peykin başlıca vəzifəsi qrafik informasiyanın toplanması və ötürülməsi, eləcə də müxtəlif texnologiyaların, o cümlədən peyklərarası rabitənin yoxlanılması olacaq. Hazırda orbitdə artıq qeyd olunan universitet tərəfindən yaradılan iki peyk var.

İlk nanopeykin buraxılması iyunun 30-da Hindistanın raketdaşıyıcısı vasitəsilə Şriharikota adasında yerləşən kosmodromdan həyata keçirilib.

Qeyd edək ki, ötən ilin əvvəlində Sinqapurda bütün elmi mərkəzlərin işini koordinasiya edən Kosmik Texnologiyalar və Sənaye İdarəsi yaradılıb, - “İTAR-TASS www.itar-tass.com” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL