waplog

Yardım masaları regionlarda əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinə kömək göstərəcək


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək göstərilməsini təmin etmək məqsədilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin bütün regional müfəttişliklərində yardım masaları fəaliyyətə başlayıb.

Yardım masalarında Dövlət Əmək Müfəttişliyi Xidmətinin müfəttişləri tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə iş günü ərzində metodiki kömək göstəriləcək.
 
Dövlət Əmək Müfəttişliklərində təşkil edilmiş yardım masaları Əmək müqaviləsi bildirişi üzrə məlumatların elektron informasiya sisteminə daxil edilməsi  prosesi başa çatdırılana kimi fəaliyyətdə olacaq. Eyni zamanda əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək 142 “Qaynar xətt”i vasitəsilə də göstəriləcək.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən qeyd edilib ki, “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydalar, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə üzrə  metodiki göstərişlər nazirliyin rəsmi internet saytında (www.eesmn.gov.az, www.mlspp.gov.az) yerləşdirilib.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL