waplog

“Apple” və “Samsung” ABŞ smartfon bazarının 70 faizini tutur


“comScore” şirkəti ABŞ smartfon bazarının vəziyyətini qiymətləndirib.

Qeyd olunur ki, 169 milyon amerikalı smartfon sahibidir. Bu, ABŞ mobil telefonlar bazarının 70 faizi deməkdir. Buna uyğun olaraq hazırda 72,4 milyon ABŞ sakini adi mobil telefondan istifadə edir. “Asymco” şirkətinin analitikləri bildiriblər ki, indi “iPhone” istifadəçilərinin sayı smartfon olmayan qurğu sahiblərinin sayından çoxdur.

“Apple” 41,9 faizlik payla aparıcı smartfon tədarükçüləri siyahısında birinci yeri tutur. İkinci yerdə 27,8 faizlə “Samsung” qərarlaşıb. Beləliklə, bu iki şirkət ABŞ smartfon bazarının 70 faizinə nəzarət edir. Liderlər üçlüyünü 6,5 faizlə “LG” şirkəti tamamlayır.  

Mobil əməliyyat sistemləri sahəsində daha çox paya “Android” (52,1 faiz) platforması malikdir. İkinci yeri 41,9 faizlə “iOS” sistemi tutur.

Smartfonlar üçün digər əməliyyat sistemləri liderlərdən çox geri qalır. Belə ki, “Windows Phone” mobil əməliyyat sisteminin payı 3,4 faiz, “BlackBerry OS”-un 2,3 faiz təşkil edir. Daha 0,1 faizə “Symbian” sistemi malikdir, - "3DNews www.3dnews.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL