Yeni mikrokompüter nümayiş etdirilib
“SolidRun” şirkəti “HummingBoard” mikrokompüterini nümayiş etdirib. “Raspberry Pi” yığcam kompüterində olduğu kimi, cihazın içliyi bir lövhədə yerləşir. “HumminBoard” mikrokompüterinin 10 dollar bahalı olmasına baxmayaraq, daha güclüdür.
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, mini fərdi kompüter (FK) 1 QHs takt tezlikli “ARMv7” prosessoru ilə təchiz edilib. Bundan başqa, “HummingBoard” mikrokompüteri “USB” portdan enerji toplayır, ayrılmış Ethernet porta və S/PDIF koaksial çıxışa malikdir.
Yeni cihaz üç konfiqurasiyada əlçatandır. Standart konfiqurasiya (HummingBoard-i1) 44.99 dollara, daha təkmil model 74,99 dollara ən güclü model isə 99,99 dollara almaq mümkündür.
Mini FK-in bütün versiyalarının tədarükünə iyulun 7-də başlanacaq. Bütün modellər “Linux” əməliyyat sisteminin distributivi əsasında işləyirlər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL