2014-cü ildə planşetlərin qlobal tədarükü 5 faiz artacaq
"TrendForce" analitik şirkətinin tədqiqat bölməsi olan "WitsView"nin ekspertlərinin proqnozuna görə, 2014-cü ildə planşetlərin qlobal tədarükü ötən illə müqayisədə 4.7 faiz artaraq 205,5 milyona çatacaq.
Analitiklərin qiymətləndirməsinə əsasən, 2013-cü ildə dünya bazarına ümumilikdə 196,3 milyon planşet tədarük ediləcək.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, mütəxəssislər qiymət rəqabətinin güclənməsi, böyükölçülü smartfonların populyarlaşması, yeni ucuz noutbukların çıxarılması kimi bir sıra daxili və xarici amilləri azalmaya səbəb kimi göstərirlər.
"WitsView"nin tədqiqat direktoru Erik Çiu hesab edir ki, bazarın lideri "Apple" şirkəti ikinci rübdə yalnız 13 milyon planşet tədarük edib. Mütəxəssisin proqnozuna görə, 2010-cu ildə planşet bazarına çıxmış ABŞ şirkətində ilin nəticəsinə görə ilk dəfə tədarük azalması qeydə alına bilər. Cari ildə "Apple" şirkəti 68,4 milyon "iPad" planşeti tədarük edəcək ki, bu da 2013-cü illə müqayisədə 7,8 faiz azdır. Nəticədə şirkətin bazar payı 37.9 faizdən 33.3 faizədək azalacaq.
Dünyanın ikinci planşet istehsalçısı "Samsung Electronics" şirkətinin artım tempi planlaşdırılan həcmdən geri qalır. Gözləntilərə görə, 2014-cü ildə şirkət tədarük həcmini yalnız 14 faiz artıraraq 48 milyona çatdıracaq. Şirkətin bazar payı ötən illə müqayisədə artaraq 23,3 faiz olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL