Kompüter və elektron avadanlıqlar üzrə İşçi Qrup yaradılıb
"Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda müxtəlif tədbirlərlə yanaşı, sənaye müəssisələri ilə dialoqun gücləndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının və sənaye müəssisələrinin nümayəndələrinin iştirakı ilə sahə işçi qruplarının yaradılması nəzərdə tutulub.
Bu sahədə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən kompüter və elektron avadanlıqlar, yüngül, ağac emalı və mebel istehsalı, kimya və əczaçılıq, aqrar, metallurgiya, maşın və avadanlıq istehsalı və tikinti-inşaat materialları sənayesi üzrə 8 işçi qrupu yaradılıb.
İşçi qrupların əsas məqsədi müvafiq sənaye sahələri üzrə mövcud vəziyyəti və tendensiyaları müzakirə etmək, sahə üzrə sənayenin inkişafına təsir edən amilləri nəzərdən keçirmək, müvafiq təkliflər hazırlamaq, müəssisələrarası əməkdaşlığı təşviq etməkdir. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "Azərsun Holdinq" şirkətinin mərkəzi binasında Aqrar sənaye üzrə İşçi Qrupun ilk iclası keçirilib.
İclasda hazır məhsulun ixrac imkanlarının genişləndirilməsi, qida məhsullarının dərin emalının artırılması, markalanmanın təşviqi, məhsulların rəqabətqabiliyyətinin yüksəldilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL