Azərbaycan şirkəti Əfqanıstan paytaxtının ünvan reyestri sisteminin hazırlanmasında iştirak edir
Azərbaycanın “SİNAM” şirkəti Əfqanıstanın paytaxtı Kabil şəhərinin ünvan reyestri sisteminin hazırlanmasında iştirak edir.
Şirkətin rəhbəri Elçin Əliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “SİNAM” Kabil üçün ünvan reyestri sisteminin təkmilləşdirilməsi üzrə məsləhət xidmətlərini göstərir.
Qeyd edək ki, “SİNAM” şirkətinin Azərbaycanda ünvan reyestri sistemi və elektron xəritələrin hazırlanması sahəsində uğurlu təcrübəsi olduğuna görə digər ölkələrdə həyata keçirilən bu cür layihələrdə asanlıqla iştirak edə bilir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL