waplog

“Aztelekom” internet xidmətləri bazarında payını 40-dək artırmaq niyyətindədir


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar  Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi hazırda genişzolaqlı internetin inkişafı məqsədi ilə həyata keçirdiyi işləri sürətləndirib.
 
“Aztelekom”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda ölkə regionlarında 20 provayder fəaliyyət göstərir  və bu provayderlər ölkənin regional bazarının 50 faizinə xidmət göstərir.
Özəl provayderlər rayonlarda keyfiyyətli xidmətlər göstərirlər və əhatə dairələrini genişləndirirlər.

“Azrelekom”un internet şəbəkəsində ötən il artım tempi  80 faiz təşkil edib. Bu ilin sonunadək şəbəkədə 50 faiz artım gözlənilir. Hazırda ümumi internet xidmətləri bazarında provayderin payı 20 faiz təşkil edir. Gələcəkdə bu göstəricinin 35-40 faizədək artırılması planlaşdırılır.

Hazırda ölkənin elə bir regionu yoxdur ki, orada genişzolaqlı internet xidmətləri göstərilməsin. Hazırda fəaliyyət göstərən  multimedia xidmətlərinin idarəetmə mərkəzi vasitəsi ilə zəif seqmentlər müəyyən edilərək real vaxt rejimində və ya maksimum 1 gün ərzində müştərilərə göstərilən xidmətlərdə yaranan problemlər həll olunur.

Aynur Vəliyeva 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL